
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev iştirakçıları salamlayaraq Şuşa Dövlət Musiqili Dram Teatrını universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin anım günü olduğunu xatırladaraq tədbirin onun əziz xatirəsinə həsr olunduğunu söyləyib. Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu deyən Ə.Əliyev onun Azərbaycanı məhv olmaqdan xilas etdiyini sözlərinə əlavə edib. O, vurğulayıb ki, Heydər Əliyev ADU-nun müstəqil universitet kimi fəaliyyət göstərməsində də mühüm rol oynayıb.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən nümayiş olunan kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
ADU-nun Mətbuat Xidməti






