Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 65,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,41 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FO.B bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 64,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 61,18 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 13-də 63,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər