Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,91 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur. Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,8 dollar/barel təşkil edib ki, Təhsil-press.az-a görə, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 63,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Təhsil-press.az



Oxşar xəbərlər