Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin keçirdiyi müsabiqədə qalib gəlib

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin keçirdiyi müsabiqədə qalib gəlib Bakı Ali Neft Məktəbinin (BANM) proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisasının beşinci kurs tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında təşkil olunan müsabiqədə qalib gəlib. Müsabiqənin keçirilməsinin əsas məqsədi BP-nin bütün ölkələrdən olan proqram iştirakçılarının təcrübə müddətində fəaliyyətini əks etdirən şəkil və xatirələrini öz sosial şəbəkəsində paylaşması təşəbbüsü olub. Müsabiqənin nəticələrinə əsasən, BANM-in tələbəsi qalib seçilərək BP şirkəti tərəfindən yarışmanın baş mükafatı olan “GoPro” qazanıb.
A.Əsədovanın qalib olması barədə BP şirkəti özünün rəsmi saytında və “BP careers” rəsmi “Facebook” səhifəsində paylaşımlar edib.
Qeyd edək ki, təcrübə keçdiyi müddətdə A.Əsədova BP-nin AGT regionu üzrə “Technofest 2017” layihə təqdimatı yarışmasında da iştirak edərək 27 təcrübəçi arasında üçüncü yeri qazanıb və uğur sertifikatı ilə təltif olunub.

Hikmət Əliyev


Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin keçirdiyi müsabiqədə qalib gəlib

Oxşar xəbərlər