Uşaqlar üçün bayram şənliyi

Uşaqlar üçün bayram şənliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Təhsil müəssisəsində uşaqların təhsili, onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını söyləyən direktor həmçinin qeyd edib ki, burada təhsil alan 189 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim və 28 tərbiyəçi məşğul olur.
Gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışan direktor ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi üçün yeni tədris binası tikilib və 2015-ci ildə istifadəyə verilib. Bina müasir dizayna malikdir. Məktəbdə şagirdlər üçün dərnəklər və onların peşəyönümlü təlimi üçün emalatxanalar (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. Həmçinin təhsil müəssisəsində tam təchiz edilmiş biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, müasir idman zalı, trenajor zalı, ritmika otağı var.
Tədbirdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu və bu sahədə qayğı göstərən xeyirxah insanların əməllərini yüksək dəyərləndirib.
Sonra internat məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib, Şaxta baba və Qar qızla birgə rəqs edib və mahnılar səsləndiriblər.

Hikmət Əliyev


Uşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyiUşaqlar üçün bayram şənliyi

Oxşar xəbərlər