
358 səhifəlik kitabda yer alan hər bir söz rəngli şəkillərlə, izahat və nümunə cümlələrlə verilib. Bu da lüğətdən istifadə edən oxucuların sözləri daha yaxşı və asan mənimsəmələrinə imkan yaradır.
Üç dildə (ingilis, Azərbaycan və rus) nəşr olunmuş lüğət əsasən texniki ixtisaslarda təhsil alan tələbələr, memar və inşaatçılar, mühəndislər, iqtisadçılar, habelə ingilis bölmələrində ixtisas fənlərini tədris edən müəllimlər üçün nəzərdə tutulub.
AzMİU-nun Mətbuat Xidməti