Ermənistanın şimalındakı Lori vilayətində Mets Parni kənd inzibati binasında partlayış olub. Partlayış nəticəsində binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib. Hazırda partlayışın səbəbləri araşdırılır.