ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib Yanvarın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Şərq dillərinin tədrisində poeziyanın pedaqoji potensialı” mövzusunda elmi-metodiki seminar baş tutub.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov dilin tədrisində klassik və müasir Çin poeziyasının mühüm rolundan danışaraq, çinşünas tələbələrin oxuma, dinləmə, danışma kimi əsas kommunikativ biliklərinin inkişafı üçün poetik əsərlərdən istifadə olunmasının metodiki xüsusiyyətləri üzərində dayanıb. O, həmçinin tədris prosesində poetik əsərlərin bədii tərcüməsinin əsas aspektlərini bölüşərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Ən yaxşı ata” şeirini də oxuyub.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua, Hindi dili və mədəniyyəti Mərkəzinin müdiri Saidə Mirzəyeva, yapon dili müəllimi Xanım Xəlilova, ərəb dili müəllimi Ülviyyə Hüseynova tədqiq olunan dillərin həmin xalqların mədəniyyəti və ənənələrinin milli xüsusiyyətlərini nümayiş etdirmək baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirdə Şərq dillərinin tədrisində motivasiya faktorlarından biri sayılan poeziyanın tələbələrin mədəni dialoqlarda iştirak edərkən dil qabiliyyətlərini formalaşdırdığı, nitq fəaliyyətinin əsas tərəflərini, nitqin fonetik, qrammatik və leksik tələffüzünü asanlaşdırdığı qeyd olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilibADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilibADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilibADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Oxşar xəbərlər