Misirdə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Misirdə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib Cari ilin yanvar ayının 18-i Azərbaycan Respublikasının Misirdəki Səfirliyində 1990-cı il “20 Yanvar” faciəsi şəhidlərinin anma mərasimi keçirilib.
Tədbirdə Səfirliyin əməkdaşları, Qahirə şəhərində yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Anma tədbirini giriş sözü ilə Azərbaycan Respublikasının Misirdəki fövqəladə və səlahiyyətli Səfiri Tural Rzayev açaraq, 28 il bundan əvvəl, Azərbaycanda dağılmaqda olan SSRİ silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdikləri cinayətlərdən danışdı. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayədəliyinə gələrək bu cinayətə qarşı cəsur və mətn mövqeyini nümayiş etdirdiyini vurğuladı.
Tədbirdə çıxış edən Misirdəki diaspora “Vətənpərvər” təşkilatının sədri, tədqiqatçı-alim Seymur Nəsirov “20 Yanvar” faciəsi ilə əlaqədar xatirələrindən söhbət açdı, harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın haqlı mövqeyimizi xarici dostlarına anlatması və ölkəmiz naminə fəaliyyət göstərməsini labüdlüyünü dilə gətirdi.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini sükutla yad etdi, Səfirlikdə “20 Yanvar” faciəsini əks etdirən foto stendlərlə tanış oldular. Sonra 20 Yanvar facisəinə həsr olunan sənədli film nümayiş etdirildi.
“20 yanvar” faciəsi ilə əlaqədar xəbərlər Misirin yaxin şərq xəbərlər agentliyində, nüfuzlu və yüksək tirajlı qəzetlərində çap olunub.

Misirdə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Təhsil-press.az

Oxşar xəbərlər