
Gecədə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Savalan çıxış etdi. Publisist tələbələrlə Qara Yanvar hadisələri ərəfəsində Bakıda formalaşan mühit, Sovet əsgərlərinin hakimiyyətin ictimaiyyətlə əlaqəsini kəsmək məqsədi ilə o dövrdə yeganə telekanal olan Azərbaycan Televiziyasının enerji blokunu partlatması, hadisələrdən dərhal sonra Azərbaycan SSR-i Ali Sovetində keçirilən gərgin müzakirələr və ölkə ziyalılarının dünya mediası ilə əlaqə yaratmaq cəhdləri, özü də daxil olmaqla Sovet əsgərlərinə hər hansı şəkildə müqavimət göstərməyə çalışanların Moskva tərəfindən cəzalandırılaraq həbsə atılması barədə xatirələri ilə bölüşdü.
ADA Universitetinin tələbələri Ülkər Əkbərova və Çinar Sahlikbəyli gecədə “Çırpınırdı Qara Dəniz”, “Cənab Leytenant” və milli azadlıq və Vətən uğrunda mübarizə mövzusunda yazılan digər musiqi parçalarını ifa etdilər.
Ədəbi-bədii gecə Qara Yanvar şəhildlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə bitdi.
ADA-nın Mətbuat Xidməti


