“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib

“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımova həsr olunmuş “Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib.
Şəhidin təhsil aldığı Qubadlı rayon Qara İlyasov adına 1 saylı orta məktəbdə baş tutan tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, SRMTİ Qubadlı Rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, AYB üzvü, “Qızıl Qələm” mükafatı laureatları Şərqiyyə Ziyadqızı, şair-publisist Elburus Qayalı, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Elburus Qayalı, Şərqiyyə Ziyadqızı çıxış edərək Həsən Qorxmaz haqqında geniş söhbət açıblar.
Daha sonra şəhidin həyat yolunu əks etdirən video-çarx nümayiş olunub, Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvlərinin ifasında Həsən Qorxmaza ithaf olunmuş şeirlər, Məzahir Məmmədov, Turanə Tarverdiyeva, Şahin Qaçaylının ifasında muğam parçaları dinlənilib.
Sonda şəhidin qardaşları çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından təşəkkürlərini bildiriblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib

“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib

“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib

“Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib

Oxşar xəbərlər