13 illik övlad həsrətinə son qoyulub

13 illik övlad həsrətinə son qoyulub Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 32 yaşlı qadın 13 ildən sonra ana olub. İki dəfə problemli hamiləlik keçirmiş xanım universitetin mama-ginekoloqu, tibb elmləri namizədi, dosent Natəvan Axundovanın pasiyenti olub.
N.Axundova bu barədə məlumat verib: “Fəsadlaşmış mamalıq anamnezi ilə bizə müraciət edən bu, 32 yaşlı qadının 13 ildir ki ailə həyatı qurmasına baxmayaraq övladı yoxdur. 2006 və 2008-ci illərdə iki problemli hamiləliyi olub. Xanımın ilk hamiləliyi 28, ikincisi isə 29-30 həftəlikdə ölü döllə doğuşla nəticələnib. Hər iki hamiləlikdə dölün hidropsu (dölün bədəninə maye toplanması) və hamiləliyin ağır patologiyalarından biri olan preeklampsiya (yüksək arterial təzyiq və sidikdə zülal) olub. Son, üçüncü hamiləlik bizim nəzarətimiz altında keçib və uğurla nəticələnib. Xanımın dünyaya gətirdiyi uşağın çəkisi 2800,50 qram, boyu isə 50 santimetrdir. Ana və uşaq artıq kafi vəziyyətdə evə yazılıblar”.

Kəmalə Rəhimli

Oxşar xəbərlər