“Cəsədin başında yarım saat ağladım” - Şəhid qızını vuran iş adamının 17 yaşlı oğlu

“Cəsədin başında yarım saat ağladım” - Şəhid qızını vuran iş adamının 17 yaşlı oğlu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.
Hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Mərhum Könül Əkbərovanın anası Bəsdi Qədimova zərərçəkmişin hüquqi varisi kimi tanınıb.
K.Əkbərovanın bir oğlu əsgərlikdədir, 11 yaşlı ikinci övladı xəstədir, üçüncü uşağının isə 6 yaşı var.
B. Qədimova deyib ki, qəzanı törədən R. Rəhimovun həyatının qaralmasını istəmir: "Uşağı 17 yaşı var, ona görə bir söz demirəm".
Bu işdə 1964-cü il təvəllüdlü, Ermənistanda anadan olan Palizə Məmmədsadıqova da zərərçəkmiş kimi tanınıb.
R.Rəhimovun qəza zamanı idarə etdiyi "Jeep" bibisi P.Məmmədsadıqovanın adına olub və avtomobil əzildiyi üçün bibisinə 720 manatlıq maddi zərər dəyib.

Təhsil-press.az

Oxşar xəbərlər