“Ağ Qızıl Akademiyası” adlı layihə uğurla həyata keçirilir

“Ağ Qızıl Akademiyası” adlı layihə uğurla həyata keçirilir Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Biləsuvar rayon Gənclər və İdman İdarəsi təşkilati dəstəyi ilə Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Sahil Hüseynzadənin “Ağ Qızıl Akademiyası” adlı layihəsi uğurla həyata keçirilir. Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, Hazırda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni bir mərhələsinə başlamışdır. Bu mərhələ ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Biləsuvar rayonunun kənd təsərrüfatı rayonu olduğunu qeyd edərək, xüsusilə pambıqçılığın rayonumuzda becərilən ənənəvi kənd təsərrüfatı sahəsi olduğunu nəzərə çatdırdı. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi pambıqçılığa olan marağı daha da artırıb. Ölkədə aqrar sahənin dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Biləsuvarda uğurla icra olunur.
Digər təlim Bilsuvar Peşə Liseyində keçirilib, təlimdə çıxış edən Biləsuvar Peşə Liseyinin direktor müavini Nərmin Muradlı bildirdi ki, bu cür layihələr gənclər arasında sahibkarlığın inkişafına kömək edir, keçirilən təlimlər rayonumuzda pambıqçılıqla məşğul olan gənclərə böyük stimul verir. Onlara sahibkarlığın sirlərini öyrədir.
Sonra çıxış edən layihə rəhbəri Sahil Hüseynzadə bildirdi ki, “Ağ Qızıl Akademiyası” layihəsi Biləsuvar rayonunda pambıqçılıq istiqamətində gənc sahibkarların formalaşdırılmasına, onların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək, bununla gənclər arasında işsizliyin azaldılmasına köməklik göstərməkdən ibarətdir. Layihə çərçivəsində keçiriləcək təlimlər Biləsuvar rayonunda pambıqçılıq sahəsində sahibkarlığın gənclər arasında mütəmadi təbliğinə xidmət edəcək.

“Ağ Qızıl Akademiyası” adlı layihə uğurla həyata keçirilir“Ağ Qızıl Akademiyası” adlı layihə uğurla həyata keçirilir“Ağ Qızıl Akademiyası” adlı layihə uğurla həyata keçirilir

Oxşar xəbərlər