Bakı Ali Neft Məktəbində ilk dəfə “Karyera sərgisi” təşkil olunacaq

Bakı Ali Neft Məktəbində ilk dəfə “Karyera sərgisi” təşkil olunacaq Martın 1-də Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda ilk dəfə “Karyera sərgisi” təşkil olunacaq.
Bu ali təhsil ocağı ilə “ASAN School” könüllülük məktəbi arasındakı əməkdaşlıq çərçivəsində keçiriləcək sərginin əsas məqsədi ölkəmizdə gənclərin məşğulluğunu artırmaq, onların işlə təmin olunmasına kömək etməkdir. Sərgi “ASAN School” könüllülük məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən BANM-in təşkilati dəstəyi ilə keçiriləcək.
Hər kəsin iştirak edə biləcəyi “Karyera sərgisi”ndə SOCAR, Paşa Sığorta, Gilan Holdinq, EY, KPMG, Azercell, Atəşgah Sığorta, Azər Türk Bank, “Fireworks HR Agency”, Libraff və digər tanınmış şirkətlər təmsil olunacaq. Tədbirdə iştirak edəcək gənclər şirkətlərin insan resursları üzrə mütəxəssislərilə ünsiyyət yarada biləcəklər. Eləcə də şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, BANM bütün gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu istiqamətdə hər cür təşkilati kömək göstərir.

Hikmət Əliyev

Oxşar xəbərlər