
Görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni açılmış kampusu haqqında məlumat verib. O, BANM-də ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldığını qeyd edərək 2017/2018-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında beş 700 bal toplayan abituriyentin Ali Məktəbi seçdiklərini deyib.
SSHE-nin prezidenti Mariam Gamurziyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi və Ali Təhsil Məktəbinin menecment, o cümlədən neft-qaz menecment üzrə təhsil proqramıları barədə məlumat verdi.
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.
BANM-nin Mətbuat Xidməti