Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi

Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi yekunlaşıb.
Hakim Qədim Babayevin icraatında olan prosesdə elan edilən qərara əsasən, V.Ələkbərovun cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.
İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər