ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub

ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub.
Öncə universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bu tamaşanın nümayişinə görə Gənclər və İdman Nazirliyinə, eyni zamanda Bakı Uşaq Teatrının işçilərinə dərin minnətdarlığını bildirib. O, cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin əhəmiyyətini vurğulayıb, bu tamaşanın tələbələri maarifləndirməkdə və onların bu bəla ilə mübarizədə daha qətiyyətli addımlar atmasında əhəmiyətli rolu olacağını diqqətə çatdırıb.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Fərid Qurbanzadə deyib ki, narkomaniya və onun törətdiyi xəstəliklərlə mübarizə asan iş deyil. O, bildirib ki, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran narkomaniya sürətlə yayılır, bunun qarşısının alınması üçün müvafiq tərdbirlərin görülməsi zəruridir.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında işçi qrupun rəhbər müavini Vasif Quliyev narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini və cinayətkarlığın artmasına səbəb olduğunu söyləyib. O, tələbələrin “ağ ölüm”lə mübarizə aparmaları üçün göstərilən tamaşanın müsbət izlər qoyacağına da əmin olduğunu deyib.
Daha sonra “Həyatla oyun” tamaşasına quruluş verən İntiqam Soltan qeyd edib ki, narkomanlıq yoluxucu xəstəlikdir və QİÇS-ə aparan dəhşətli bir yoldur: “Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur, müalicəsi çox çətin olan bu xəstəlik get-gedə yayılır. Hal-hazırda narkotik ticarətçiliyi silah və neft alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Gənc nəsil onun törətdiyi faciələri daha dərindən dərk etsin deyə biz bu tamaşanı ərsəyə gətirdik. Ümidvaram ki, siz narkomaniya ilə mübarizəyə həsr olunan bu tamaşadan faydalanacaqsınız”.
Qeyd edək ki, “Həyatla oyun” tamaşası mart ayı ərzində 8 universitetdə nümayiş olunacaq.

ADU-nun Mətbuat Xidməti


ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub
ADU –da “Həyatla oyun” tamaşası nümayiş olunub

Oxşar xəbərlər