Almaniyada İslama qarşı hücumlar artır - 33 nəfər xəsarət alıb

Almaniyada İslama qarşı hücumlar artır - 33 nəfər xəsarət alıb 2017-ci ildə Almaniyada məscidlərə və müsəlmanlara ən azı 950 dəfə hücum olunub.
Hücumlar nəticəsində 33 nəfər xəsarət alıb.
Radikal islamafoblar məscid və digər müsəlman təşkilatlarına basqınlar ediblər.
Almaniya Müsəlmanları Birliyinin rəhbəri Ayman Mazyek bildirib ki, statistika real vəziyyəti əks etdirmir. Onun sözlərinə görə, çox vaxt ziyan çəkmiş müsəlmanlar təhlükəsizlik orqanlarına müraciət etmirlər.
Qeyd edək ki, hazırda Almaniyada 4,7 milyon nəfər müsəlman yaşayır. Bu, ölkə əhalisinin təxmin 5%-ni təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər