Tələbə dolu avtobus aşıb - Yaralılar var

Tələbə dolu avtobus aşıb - Yaralılar var Türkiyənin Qəhrəmanmaraş vilayətində tələbələri aparan avtobus aşıb.
Qəza nəticəsində 29 tələbənin yaralandığı bildirilib. Yaralılar yerli xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Araşdırma başlayıb.
Qeyd edək ki, Türkiyə Yol Polisi İdarəsinin verdiyi məlumata görə, cari ilin yanvar ayında 32 256 yol-nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr zamanı 252 adam həlak olub.

Tehsil-press.az

Oxşar xəbərlər