Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı MMC və Bakı Mühəndislik Universiteti təşkilatlararası ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, innovasiya sahəsində fəaliyyəti genişləndirməklə elmin inkişafını təmin etmək məqsədinə əsaslanaraq və Tərəflərin birgə elmi və elmi-texniki proqram, layihə və konfransların həyata keçirilməsində qarşılıqlı marağını nəzərə alaraq bu niyyət Sazişini bağlayıblar.
Sazişin predmeti Tərəflər üçün maraq kəsb edən sahələrdə birgə elmi tədqiqatların, elmi proqramların, layihələrin və müsabiqələrin dəstəklənməsi məqsədi ilə əməkdaşlığın inkişaf etdirilməsinə köməyin göstərilməsidir. Bu Saziş konkret elmi tədqiqatların, elmi proqramların və layihələrin həyata keçirilməsi şərtlərini tənzimləmir. Tərəflər onlar üçün maraq doğuran elmi tədqiqatlar, elmi proqram, layihə və müsabiqələr barədə ayrıca müqavilələr də bağlaya bilərlər. 8 Maddədən ibarət olan müqaviləni Bakı Mühəndislik Universitetində universitetin rektoru professor Havar Məmmədov və “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vüqar Babayev tərəfindən imzalanıb.
Rektor Havar Məmmədov “AMEA Yüksək Texnologiyalar Parkı”nın nümayəndə heyətinə universitet haqqında geniş məlumat verərək bildirdi ki 20-dən çox mühəndislik laborotoriyalarının və Texnoparkın mövcudluğu əməkdaşlığımızın əməli fəaliyyətində mühüm rol oynayacaq. Əməkdaşlıq yollarının genişləndirilməsi məqsədi ilə və təcrübə mübadiləsi imkanlarının yaradılması üçün birgə tədbirlərin, konfransların, layihələrin, müsabiqələrin və elmi proqramların, BMU nəzdində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti Texnoparkı və AMEA YTP birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirməsi və səmərəli hesab olunduğu tədqirdə həyata keçirilməsi məqsədəuyğun olardı.
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vüqar Babayev universitetin texnoparkının imkanlarını və fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşlığın gətirəcəyi faydalardan danışıb. Qeyd edib ki, 5 il müddətinə bağlanan müqaviləyə əsasən innovasiya xarakterli elmi nailiyyətlərin BMU Texnopark və AMEA YTP-nin dəstəyi ilə kommersiya istiqamətinə yönəldilməsi və formalaşmasına dəstəyin verilməsi, elmi nailiyyətlərin artırılması və gənclərin elmi maariflənməsi istiqamətində birgə mütəmadi təşəbbüslərin təşkili, elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, ölkədə innovasiya fəaliyyətinin genişləndirilməsi məqsədi ilə innovasiya xarakterli elmi tədqiqat işlərinin aparılması və yeni elmtutumlu məhsulların işlənməsinin, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsinin və birgə elmi tədbirlərin keçirilməsinin təşkilini həyata keçirəcəyik.
BMU-nun Mətbuat Xidməti