ADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib

ADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Germanistika İnstitutunun təşkilatçılığı ilə ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti, xanım Ziglinde Hartman “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş simpoziumlar barədə məlumat verib. “Kitabi Dədə Qorqud” dastanının orijinal nüsxəsinin Drezden kitabxanasında saxlanıldığını qeyd edən Z. Hartman dastanın öyrənilməsində əvəzsiz rolu olan tanınmış türkoloqlardan söz açıb.
Daha sonra ADU-nun rektoru, akademik Kamal Abdulla Germanistika İnstitutunun fəaliyyətində “Kitabi Dədə Qorqud” dastanının öyrənilməsinə xüsusi yer veriləcəyinə inamını ifadə edib. O, “Kitabi Dədə Qorqud” dastanının rus, ispan, yunan dastanları və digər xalqların eposları ilə müqayisəsinin gələcəkdə görüləcək işlərdən biri olduğunu və bu addımın abidələrin daha dərindən öyrənilməsinə imkan yaradacağını qeyd edib. Bakıda və Mayns şəhərində alman və azərbaycanlı alimlər tərəfindən çap olunmuş nəşrlərin əhəmiyyətindən bəhs edən akad. K. Abdulla gələcəkdə təşkil olunması nəzərdə tutulan konfranslar barədə məlumat verib.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilibADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilibADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilibADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilibADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib
ADU-da ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər