Myanmanın prezidenti U Txin Çjo istefaya gedib. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Məlumata əsasən, 71 yaşlı U Txin Çjo prezident postunda 2 il qaldıqdan sonra istefa verib. Buna sabiq prezidentin dincəlmək istəməsi səbəb olub. Ölkənin yeni başçısının 7 iş günü ərzində seçiləcəyi bildirilir.