Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə qəzada öldü

Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə qəzada öldü Rusiyanın Voronej vilayətində azərbaycanlıların iştirakı ilə dəhşətli yol qəzası baş verib.

Tehsil-press.az xəbər verir ki, bu gün vilayətin Liskinsk rayonunda “VAZ 21099” avtomobili “Kamaz”la toqquşub. Nəticədə “VAZ”ın içindəki üç nəfər həlak olub. Onlar avtomobilin sürücüsü (51 yaş), onun 49 yaşlı qardaşı və 28 yaşlı oğludur. Ölənlərin hər üçü azərbaycanlıdır. Ata və oğul Azərbaycan vətəndaşları olub, Voronejsə müvəqqəti qeydiyyatda idilər. Sürücünün qardaşı isə Rusiya vətəndaşlığı daşıyırmış və Poçepskoe rayonunun sakini olub. İlkin məlumata görə, “VAZ 21099” qarşı hərəkət zolağına çıxıb və “Kamaz”la toqquşub. “Kamaz”ın sürücüsü xəsarət almayıb.

Tehsil-press.az

Oxşar xəbərlər