BDU tələbəsi Nyu Yorkda keçirilən konfransda çıxış edib

BDU tələbəsi Nyu Yorkda keçirilən konfransda çıxış edib Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Rəsul Mehdiyev Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında konfransda iştirak edib. Konfransın bölmə iclasında məruzə ilə çıxış edən R.Mehdiyevin konfransa təqdim etdiyi qətnamə 130 ölkədən 119 səs toplayaraq qəbul edilib. Qeyd edək ki, konfransda qəbul edilən qətnamə BMT-də müzakirəyə çıxarılacaq.
Rəsul Mehdiyev uğurlu iştirakına və fəallığına görə təşkilat komitəsi tərəfindən "Ən Yaxşı Təmsilçilik" nominasiyası ilə təltif edilib.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər