Azərbaycanın çimərlik turizminin imkanları Rusiyada təqdim olunacaq

Azərbaycanın çimərlik turizminin imkanları Rusiyada təqdim olunacaq Azərbaycan Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək forumda öz turizm imkanlarını təqdim edəcək.
“Böyük Ural” beynəlxalq forumu aprelin 20-21-də keçiriləcək.
Forum iştirakçıları Azərbaycan istiqamətində turizmin inkişafını, işgüzar turizm və çimərlik istirahətinin imkanlarını müzakirə edəcək.
Bundan başqa, Azərbaycanın nümayəndə heyəti Naftalan müalicə kurortunun, Şahdağ dağ-xizək kurortunun imkanlarını təqdim edəcək. Azərbaycan həmçinin Bakı, Abşeron yarımadası, Böyük İpək yolu üzərindəki şəhərlər və digər yerlər üzrə turlar təklif edəcək.
Azərbaycanın nümayəndə heyəti turizm şirkətləri, hotellər və kurortların nümayəndələrindən ibarət olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər