İsveçrədə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı poçt markası buraxılıb

İsveçrədə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı poçt markası buraxılıb İsveçrədə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə bağlı poçt markası buraxılıb.
Bu barədə razılaşma səfirliklə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.
Soyqırımın 100-cü ildönümünə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.
Həmçinin bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 19 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsini istiqamətində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən il ərzində müxtəlif tədbirlər keçiriləcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər