19 apreldə gözlənilən hava şəraiti

19 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında

Aprelin 19-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə8-12, gündüz 20-25,Bakıda gecə 9-11, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubətgecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında

Aprelin 19-dabəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə2-7, gündüz8-13dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 20-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
Xəbərdarlıq
Aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Təhsil-press.az

Oxşar xəbərlər