Braziliya məhkəməsi sabiq prezidentin həbsinə order verdi
Braziliyanın Federal Məhkəməsinin hakimi Serjiu Moro sabiq ölkə prezidenti Luis İnasiu Lula da Silvanın həbsinə order verib. Orderdə deyilir ki, sabiq prezident aprelin 6-sı yerli vaxtla saat 17:00-a qədər təslim olmalıdır. Qeyd edək ki, yanvar ayında sabiq prezident barəsində korrupsiya işinə görə 12 il 1 ay azadlıqdan məhrum edilmə cəzası verilib.