Almaniyada 26 min insan təxliyyə olunub

Almaniyada 26 min insan təxliyyə olunub Almaniyanın Padeborn şəhərinin 26 min sakini təxliyyə olunub.
Buna İkinci Dünya Müharibəsindən qalma 1,8 tonluq bombanın aşkar edilməsi səbəb olub.
Şəhər bələdiyyəsi bombanın inşaat işləri zamanı tapıldığını açıqlayıb. Onun zərərsizləşdirilməsi üçün 1,5 km radiusda yerləşən evlərdəki insanlar təhlükəsiz yerlərə köçürülüb. Əməliyyat zamanı 1200 polis, yanğınsöndürən və digər vəzifəli şəxslər iştirak edib.
Ötən il Hannover şəhərində İkinci Dünya Müharibəsinə aid bomba səbəbindən 50 min insan evakuasiya edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər