Akademik Akif Əlizadə: “Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təzahürüdür

Akademik Akif Əlizadə: “Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təzahürüdür Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamı Azərbaycan elminə böyük diqqət və qayğının təzahürüdür.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin aprelin 18-də keçirilən növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.
Akademik bildirib ki, bu Sərəncama əsasən hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu sənəd elm siyasətinin tərkib hissəsidir. Akademiya dövlətimizin başçısının genişmiqyaslı islahatlarına, elm siyasətinə uyğun olaraq yeni-yeni uğurlar qazanıb. Belə bir tarixi günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.

Tehsil-press.az

Oxşar xəbərlər