
Müsabiqəyə təqdim edilən proqramlar hazırlandığı zaman dünyada elmin, texnologiyaların inkişaf meyilləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir. Müsabiqəyə qatılacaq proqramlar fizika-riyaziyyat, texnika, kimya, biologiya, tibb, Yer, humanitar və ictimai elmlər sahələrini əhatə etməlidir. Elmi-tədqiqat proqramlarının rəhbərləri yalnız AMEA-nın həqiqi və müxbir üzvləri olmalıdırlar. Proqramların icrasında AMEA-nın, habelə respublikanın digər elm və ali təhsil müəssisələrinin alim və mütəxəssisləri iştirak edə bilərlər.
İcra müddəti üç ildən çox olmayan elmi-tədqiqat proqramlarının smeta dəyəri bir il üçün 200 min manatı keçməməlidir. Proqramlar müəyyənləşdirilmiş formaya uyğun tərtib olunmalı, fevralın 10-dək iki nüsxədə elektron variantı ilə birlikdə AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 502-ci otaq) təqdim edilməlidir.
Təhsil-press.az