Azərbaycan Universitetində tədbir: “Əsrdən də uzun 23 ay”

Azərbaycan Universitetində tədbir: “Əsrdən də uzun 23 ay” Azərbaycan Universitetində humanitar fənlər fakültəsinin tələbə elmi cəmiyyəti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib.
“Əsrdən də uzun 23 ay” mövzusunda keçirilən ədəbi-bədii gecədə AXC-nin fəaliyyətini əks etdirən videoçarx göstərilib, məruzələr dinlənilib, şeir və mahnılar ifa olunub.
Rektor Səadət Əliyeva Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamını xatırladıb, bu istiqamətdə Azərbaycan Universitetində silsilə tədbirlərin keçirildiyini söyləyib.
Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov AXC dövrünün və qurucularının həyat və fəaliyyətinin hərtərəfli araşdırılmasının əhəmiyyətindən danışıb.
Professor Qabil Əliyevin “Azərbaycanda müstəqil dövlətçiliyin bərpası” mövzusunda məruzəsi dinlənilib.
Tədqiqatçı-publisist Dilqəm Əhməd “Cümhuriyyət qurucularının mühacirət həyatı nadir foto və sənədlərdə” mövzusunda təqdimatla çıxış edib, slaydlar vasitəsilə kolleksiyasında olan tarixi sənədlər, fotoşəkillər, məktub və qəzetlər haqqında məlumat verib. O, “Mühacirlərin dönüşü” kitabını universitetdə yeni yaradılmış “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası”nın kitabxanasına hədiyyə edib.
Tədbirdə AXC-nin 1918-ci ildə səsləndirilən ilk dövlət himni də təqdim olunub.
Tələbələr mövzuya dair məruzələrlə çıxış edib, şeirlər səsləndirib, mahnı oxuyublar.

Mətbuat Xidməti


Azərbaycan Universitetində tədbir: “Əsrdən də uzun 23 ay”Azərbaycan Universitetində tədbir: “Əsrdən də uzun 23 ay”

Oxşar xəbərlər