Saakaşvili Ermənistana gəlməkdən imtina etdi

Saakaşvili Ermənistana gəlməkdən imtina etdi Erməni xalqı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Ermənistanın siyasi həyatında görmür.
Bunu “Sputnik Gürcüstan” agentliyinə açıqlamasında Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasının sözçüsü Tiqran Avinyan deyib.
“Deyə bilərəm ki, Saakaşvilinin reformlarının çoxu effektiv olub. Biz bunu nəzərə alacağıq, amma mən Saakaşvilini Ermənistanda təsəvvür etmirəm. Məncə erməni xalqı da bu düşüncədədir” – deyə o bildirib.
Saakaşvili artıq Feysbuk səhifəsində məsələyə münasibət bildirib. Saakaşvili Ermənistana gəlmək fikrinin olmadığını deyib:
“Mən ermənilərə azarkeşlik edirəm və onlara uğur arzulayıram. Onların uğurları bizə Ukrayna və Gürcüstanda yardım edəcək. Bu ölkələrdə mənim işim boğaza qədərdir, ona görə də Ermənistana gəlməyi planlaşdırmıram”.

Tehsil-press.az

Oxşar xəbərlər