Tereza Meyə qarşı sui-qəsdin TƏFƏRRÜATLARI - Başını qoparmaq planlaşdırılıbmış

Tereza Meyə qarşı sui-qəsdin TƏFƏRRÜATLARI - Başını qoparmaq planlaşdırılıbmış Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı sui-qəsd hazırlayan şəxs onun başını qoparmağı planlaşdırırmış.
Baş nazirə qarşı hazırlanan terror aktının təfərrüatları barədə yazan The Independent qəzeti yazır ki, 20 yaşlı İŞİD üzvü Naaimur Zəkəriyyə Rəhmanın iqamətgah qarşısında daha öncədən hazırladığı partlayıcı qurğunu işə salmağı planlaşdırırmış.
Plana əsasən bundan sonra xüsusi kiçik qaz balonlarını partlatmaqla iqamətgahın mühafizəsni zərərsizləşdirməyi və binaya daxil olmağı düşünübmüş.
Qeyd edək ki, Rəhman ötən ilin noyabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Tehsil-press.az

Oxşar xəbərlər