
Tədbirə dəvət almış şəhid qardaşların ailə üzvləri - Rasim Abbasov, Təranə Abbasova, yaxın qohumları –Azərbaycanın Milli qəhrəmanı Bəhruz Mansurovun qardaşı polkovnik Bəhram Mansurov, Şahin Rəsulov, Sakit Abuşovun çıxışları Adil və Nazim qardaşlarının çoxlarına örnək olacaq həyat yolunu işıqlandırıb, C.Cabbarlı adına Mədəniyyət Evinin “bədii qiraət” dərnəyi üzvləri Şəms, Səbinə Ağakişiyevaların, Mirzə Gəncəliyevin ifasında səslənən şerlər mövzu ilə harmoniya yaradıb.
Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə çıxış edərək tədbirin məqsədi, gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən danışıblar.
Tədbirdə bir əsrlik tarixi keçmişi olan Azərbaycan Milli Ordusunun şərəfli döyüş yolu, son illər qazandığı uğurlar - qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri, azad olunmuş Cəbrayılın Cocuq Mərcanlı, Naxçıvanın Günnüt kəndləri haqqında məlumat verilib.
Tədbir Milli Ordumuzun yaranması və bugünkü tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti










