“Həyat üçün doğulmuşuq, vətən üçün ölıməliyik” adlı tədbir keçirilib

“Həyat üçün doğulmuşuq, vətən üçün ölıməliyik” adlı tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Şəhər Mədəniyyət Evində “Həyat üçün doğulmuşuq, vətən üçün ölıməliyik” adlı tədbir keçirilib.
2016-cı ilin aprel döyüçlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunan tədbirə şəhdlərin valideynləri, ailə üzvləri, zabit və əsgər yoladaşları qatılıb.
Tədbirdə mədəniyyət evinin qiraət dərnəyinin üzvləri Asiman Rzayev, Əhməd Məmmədov, Əlipaşa Paşayev, Elnur Fərzəliyev Z.Yaqubun və S.İbrahimoğlunun şeirlərindən ibarət “Şəhidlər” kompozisiyası ilə çıxış edib, Elxan Elatlının “Qisas” romanı əsasında səhnəcik nümayiş etdiriblər.
Daha sonra mədəniyyət evinin solisti Allahverdi Xəyalın ifasında “Şəhid anası” “Şəhidlər” və digər vətənpərvər ruhda mahnılar dinlənilib, muğamlar ifa olunub.
Sonda qonaqlar aprel döyüşlərini əks etdirən foto, rəsm və kitab sərgisi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Sumqayıt Şəhər Mədəniyyət Evi müntəzəm olaraq hərbi hissələrdə konsert proqramı ilə çıxış edir, rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirir.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər