Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin S. Vurğun adına Mərkəzi kitabxanada aprel şəhidi Əbdülməcid Axundovun xatirəsinə həsr olunmuş anım günü keçirildi.
Tədbirdən öncə Şəhidlər Xiyabanı ziyarət edilərək torpaqlarımızın azadlığı yolunda şəhid olan igid oğullarımızın xatirəsi ehtiramla yad edildi və şəhid Əbdülməcid Axundovun məzarına əklil qoyularaq tər qərənfilllər düzüldü. 16 saylı məktəbin direktor müavini Nazilə Əsgərova, Ə. Vahid adına 9 saylı kitabxana filialın müdiri Rəna Xələfova və başqaları şəhidin məzarı önündə çıxış edərək ruhu hər zaman bizimlə olan Əbdülməcid Axundovun anası Ceyran xanıma və yaxınlarına səbr, dözüm dilədilər.
Sumqayıtlı şəhidin işıqlı xatirəsinə həsr olunmuş tədbir S. Vurğun adına Mərkəzi kitabxananın oxu zalında davam etdirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Metodika-biblioqrafiya şöbəsinin metodisti Axundzadə Natəvan 2-4 aprel tarixində düşmənin son təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar, ordumuzun inamlı qələbəsi, Vətən, torpaq, yurd sevgisi haqqında söhbət açdı. Bu döyüşlərdə mərdlik göstərərək qəhrəmancasına həlak olmuş sumqayıtlı şəhidlər haqqında məlumat verdi, eyni zamanda həmin döyüşlərdə xüsusi mərdlik göstərərək həlak olmuş Əbdülməcid Axundovun qısa, lakin şərəfli həyat yolu haqqında danışdı.
Sumqayıt Musiqi Kollecinin tələbəsi Aslan Nurinin ifasında səslənən musiqilər, şair Əşrəf Veysəllinin şəhid övladlarımıza, əsgərlərimizə ithaf etdiyi şeirlər, şəhidin xalası Hicran xanımın çıxışı tədbirə daha bir kövrəklik, həzinlik gətirdi.
16 saylı orta məktəbin təşkilati işləri üzrə direktor müavini Nazilə Əsgərova Əbdülməcidin məktəb illəri ilə bağlı xatirələrini iştirakçılarla bölüşdü. Qeyd etdi ki, vətənpərvərlik təkcə vətənin təbii gözəllikləriylə, onun maddi və mənəvi sərvətləriylə öyünmək deyil, eyni zamanda onun suverenliyinə, bütövlüyünə, toxunulmazlığına cavabdeh olmaq, lazım gəldikdə vətən yolunda şəhid olmağı bacarmaqdır.
Əbdülməcid Axundovun anası Ceyran xanımın çıxışı bir daha sübut etdi ki, dərddən əyilsə də, şəhid övladının yarımçıq qalmış ömrünə, arzularına yansa da məğrur dayanmağı bacaran mərd analarımız var olduqca bu vətənin Cavanşirləri, Babəkləri tükənməyəcək. Bu gün şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşan Əbdülməcidlərin döyüş yolu gənclərimizə həmişə nümunə olacaq.
Tədbir Əbdülməcid Axundova həsr olunmuş “Ölsəm, Yaşat” filminin nümayişi ilə sona çatdı.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi
Mətbuat Xidməti
Mətbuat Xidməti