Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Qubadlı Rayon Nümayəndəliyində geniş tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məruzə edilib, video-çarx nümayiş olunub. Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış edib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər məsul şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə daha bir tədbir Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində keçirilib. Tədbirin aparıcıları ilk olaraq 28 may AXC-nin yaranması haqqında geniş məlumat verib. Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış edib. Tədbirdə Zəngilan rayon İcra Hakimiyəti başçısı Ramiz Həsənov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, S.Vurğun adına kitanxananın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı ziyarətçilər Azərbaycan Xalq Cümhuriyyəti muzeyində olublar. Bələdçilər tərəfindən ziyarətçilərə Azərbaycan Xalq Cümhuriyyəti haqqında, o cümlədən, muzeydə nümayiş olunan eksponatlar və tarixi sənədlər haqqında geniş məlumat verilib. Sonra Nizami Gəncəvi məqbərəsi və muzeyində olub, Nizami Gəncəvinin məzarını ziyarət edib, dahi şairin əlyazmalar və muzeydə qorunan eksponatlarla yaxından tanış olublar. Daha sonra Cavad xan və İmamzadə türbələrini və Xan bağında görkəmli şairə Nigar Rəfibəylinin abidəsini ziyarət ediblər.
Sumqayıtın Trarixi Muzeyi C.Cabbarlı adına Mədnəiyyət evi ilə birgə geniş tədbir keçirib. Tədbirdə AXC-nin fəaliyyəti haqqında geniş məlumat verilib, video-çarx nümayiş olunub. Sonra mədəniyyət evinin qiraət dərnəyi üzvlərinin ifasında şeirlər, soliustlər Təranə Nurlu və Gülnarə Asifin ifasında mahnılar maraqla dinlənilib. Meyxanaçılar Elnur Ağdamlı və Məhəmməd Fəadanın ifası, o cümlədən, “Turan” rəqs qrupu üzvlərinin ifasında “Azərbaycan suitası” , “Dilşadi” rəqs nömrələri tamaşaçıar tərəfindən alqışlarla qarşılanıb. Sonda muzeyin ekspozisiya zalında nümayiş olunan eksponatlar haqqında tamaşaçıllara məlumat verilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər