Artıq bu dərdimizə də çarə tapıldı - DİN hospitalda yenilik

Artıq bu dərdimizə də çarə tapıldı - DİN hospitalda yenilik Daim inkişafda olan Azərbaycan səhiyyəsi indi növbəti uğurunu təqdim edir. Artıq peşəkar həkim axtarışı ilə uzaq ölkələrə üz tutmağa ehtiyac yoxdur. Çünki Bakıda Daxili İşlər Nazirliyinin Hospitalı ən son cərrahi əməliyyatlarla, texniki avadanlıqlarla və dünyanın müxtəlif ölkələrində təhsil alan peşəkar həkimləri ilə sizə xidmət edir.
Hospitalın uronefrologiya şöbəsinin konsultantı, tibb üzrə fəlsəfə doktoru Məmmədov Rəşad 24 may - 02 iyun tarixlərində dünyanın 8 ölkəsindən dəvət olunmuş 11 uroloqlarla birlikdə Çinin Quancou şəhərində keçirilən birinci mini və super-mini perkutan nefrolitotripsiya (4 - 5mm dəlikdən keçərək böyrəkdə istənilən ölçüdə daşların xaric edilməsi) kursunda iştirak edərək təcrübəsini daha da artırıb.
Qısa bir zamanda həm nəzəri, həm praktik vərdişlərə yiyələnərək 60-dan çox bu tip əməliyyatlarda yaxından iştirak edib.
Baxmayaraq ki, DİN Hospitalda böyrək daşlarının qapalı üsulla xaric edilməsi əməliyyatları artıq bir neçə ildir ki, müvəffəqiyyətlə aparılır.
Həmçinin, kursda əldə olunmuş bacarıq və biliklər bu tip əməliyyatların DİN Hospitalında daha da yüksək səviyyədə aparmağa imkan verəcək.
Sağlamlığınızı peşəkarlara əmanət edin!

Tehsil-press.az

Oxşar xəbərlər