Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü”

Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü” Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü” keçirilib.
Rektor Andris Leitas məzunları təbrik edib, onlara şəxsi həyatlarında və karyeralarında uğurlar arzulayıb. Professor A.Leitas əmin olduğunu bildirib ki, həmişə olduğu kimi, Qərbi Kaspi Universitetinin builki məzunları da əmək bazarında özlərinə layiqli yer tutacaqlar.
Universitetin cari ildəki uğurları barədə qonaqlara məlumat verən rektor bildirib ki, son illərdə tədrisin keyfiyyətinin artırılmasına və modernləşdirilməsinə yönəlmiş proqramlar və infrastruktur layihələr həyata keçirilib. Ötən qəbul imtahanlarında Qərbi Kaspi Universitetini seçən abituriyentlərin sayı altı dəfə artıb. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin təcrübi layihələr üzərində işləməsi üçün texnopark qurulub. Burada ardıcıl olaraq məktəblilərin və tələbələrin iştirakı ilə təlimlər, təcrübi işlər aparılır.
Daha sonra akademik və sosial aktivlik göstəricilərinə görə fərqlənən məzunlar təltif edilib.
Çıxış edən tələbələr keyfiyyətli təhsil üçün yaradılmış şəraitə görə universitet rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildiriblər.
Sonra məzunların ənənəvi "papaqatma” mərasimi keçirilib.
Tədbir ziyafətlə davam edib.

Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü”Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü”Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü”Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü”Qərbi Kaspi Universitetində təntənəli “Məzun günü”

Oxşar xəbərlər