Qərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıb

Qərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıb Qərbi Kaspi Universitetinin məktəblilər arasında təşkil etdiyi “LEGO Sumo” robototexnika olimpiadasının final yarışları keçirilib.
Olimpiadaya paytaxt məktəblərinin şagirdləri ilə yanaşı, Gəncə, Şirvan, Ağdaş, Şəki və Sumqayıtdan 100-dək şagird qatılıb.
Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçilib. Robotların ilkin yarışmasından sonra 12 məktəblidən ibarət altı komanda finala vəsiqə qazanıb.
Olimpiada dünyanın məşhur “LEGO (ev3)” robototexnika konstruktoru üzərində keçirilib. Hər komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarıb.
Final yarışından sonra olimpiadanın ən yaxşı üçlüyü məlum olub. Qaliblərə pul mükafatı, bütün iştirakçılara isə hədiyyələr təqdim olunub.
Robototexnika olimpiadasının keçirilməsinin məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın çoxaldığı robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılmasıdır.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti cari tədris ilindən etibarən mühəndis ixtisasları üzrə kadr hazırlığı aparır. Universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda, Yüksək Texnologiyalar Parkı qurulub.

Kəmalə Rəhimli


Qərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıbQərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıbQərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıbQərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıbQərbi Kaspi Universitetinin məktəblilər arasında keçirdiyi robototexnika olimpiadası başa çatıb

Oxşar xəbərlər