
Daha öncə qeyd edilmişdi ki, ötən il ölkənin ümumi findıq ixracı 20 842 ton təşkil edib. Azərbaycandan fındıq idxalçıları arasında birinci yeri İtaliya tutub, ölkənin payına 9 min ton fındıq düşüb. İkinci yerdə 6 min tondan çox fındıqla Rusiya, üçüncü yerdə isə Almaniya (3 min tondan çox) qərarlaşıb.
R.Məmmədov daha sonra əlavə edib: "Bizim İtaliyada Azərbaycan məhsullarının təbliği ilə məşğul oan nümayəndəmiz var. İtaliya bizim fındığın əsas alıcısıdır".
Tehsil-press.az