Qərbi Kaspi Universiteti yüksək bal toplayan abituriyentlər üçün güzəştlər nəzərdə tutur

Qərbi Kaspi Universiteti yüksək bal toplayan abituriyentlər üçün güzəştlər nəzərdə tutur Qərbi Kaspi Universiteti 2018/2019-cu tədris ili üçün tələbə qəbulu elan edir.
Universitet qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər üçün güzəştlər nəzərdə tutur. Bal intervalı 601-700 olanlara 100 faiz, 551-600 olanlara 70 faiz, 501-550 olanlara 50 faiz, 451-500 olanlara 30 faiz, 380-450 olanlara 20 faiz güzəşt ediləcək. Güzəştlər barədə http://wcu.edu.az/az/news/view/ linkində ətraflı məlumat almaq olar. Eyni zamanda, IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ili üçün 25 faizdən 100 faizədək güzəştlərdən yararlana biləcəklər.
Qərbi Kaspi Universitetində təhsil almaq peşəkar kadr kimi yetişmək və uğurlu karyeranın başlanğıcı deməkdir. Universitet tələbələrə müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarda xaricdən dəvət olunmuş professor və müəllimlərdən təhsil almaq fürsəti, təhsillərini xaricdə davam etdirmək imkanları, ikili və üçlü diplom almaq, işlə təmin olunmaq şansı, eləcə də tələbələrin istəyinə görə fərdi dərs saatlarını təşkili, münasib təhsil haqları, təhsil haqqının hissə-hissə ödənilməsi imkanı yaradır.
Bütün ixtisaslar və təhsil haqları barədə http://wcu.edu.az/az/undergraduate keçidindən istifadə edərək məlumat almaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər