Tanınmış fransalı jurnalist UFAZ-da

Tanınmış fransalı jurnalist UFAZ-da Fransalı jurnalist, “Winner” və “WinnArt” jurnallarının təsisçisi Vera Baudey Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
Görüşdə UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və baş katibi Şarlot Payen universitetin fəaliyyəti, təhsil müəssisəsində tədris olunan ixtisaslar, tədris üsulları, tələbə kontingenti və s. barədə fransalı jurnalistə ətraflı məlumat veriblər.
So
nra V.Baudey UFAZ-ın auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış olub.
Qeyd edək ki, V.Baudey İtaliya, Rusiya və Almaniyada radio müxbiri vəzifəsində çalışarkən böyük təcrübə qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər