UFAZ-da seminar: “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar”

UFAZ-da seminar: “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Milli Araşdırmalar Mərkəzi və Paris-Sorbon Universitetinin tədqiqatçısı Pyer Munye Kün tərəfindən “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” mövzusunda seminar keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen və başqaları iştirak ediblər.
İnformasiya texnologiyalarının yaranma tarixi və elmin inkişafında əhəmiyyətindən bəhs edən Pyer Munye Kün bu sahədə qadınların rolundan da danışıb.
Sonda fransalı tədqiqatçı sualları cavablandırıb.

Mətbuat Xidməti

Oxşar xəbərlər