Dövlət İqtisad Universitetində “Oriyentasiya günü” keçiriləcək

Dövlət İqtisad Universitetində “Oriyentasiya günü” keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sentyabrın 14-də “Oriyentasiya günü” keçiriləcək
Dünya universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır.
Gün ərzində tələbələr üçün universitet barədə təqdimatlar keçiriləcək, məlumat və bələdçi xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, tələbələrin ifasında musiqi, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi təşkil olunacaq. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər də təşkil edəcək.
“Oriyentasiya günü” saat 10-dan 15-dək UNEC-in bütün tədris binalarında təşkil olunacaq.

Mətbuat Xidməti

Oxşar xəbərlər