Nihat Doğan kanaldan qovuldu

Nihat Doğan kanaldan qovuldu Türkiyəli müğənni Nihad Doğan ötən gün 11 və 17 yaşlı iki bacını məcburən evində saxladığı iddiası ilə saxlanılmış, ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
Sənətçi Onur Akay Nihad Doğanın baş vermiş hadisəyə görə “Bəyaz TV”dən qovulduğunu bildirib:
““Bəyaz TV” Nihad Doğanın “Söyləməzsəm olmaz” verilişindəki işinə son qoydu”.
Qeyd edək ki, N.Doğanın meneceri Sərdar Eriş iddiaların əsassız olduğu barədə açıqlama vermişdi:
“Nihad bəyin evi küçəyə baxan bir yerdədir. Onu da evin qarşısında həmin bacılar görüblər və şəkil çəkdirmək istəyiblər. Biri də qızların valideynlərinə gedib deyib ki, “Sizin uşaqlar Nihad Doğanın qaldığı yerə gediblər”. Uşaqların atası da polisə şikayət edib ki, guya Nihad Doğan onların qızlarını məcburən evdə saxlayıb. Halbuki uşaqlar şəkil çəkdirib gediblər”.

Tehsil-press.az

Oxşar xəbərlər