Azərbaycana gələn rusiyalı turistlərin sayı 17 faiz artıb
2017-ci ilin yekunu üzrə Azərbaycana gələn rusiyalı turistlərin sayı 17 faiz artıb. Bunu Rusiyanın Turizm üzrə Federal Agentliyinin sədri Oleq Safonov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Turizm sahəsində əməkdaşlığın inkişafı" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.