Litvalı ekspertlər dövlət qulluqçuları üçün seminar keçiblər

Litvalı ekspertlər dövlət qulluqçuları üçün seminar keçiblər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzində (DİM) seminar keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd pilot layihənin nəticələrini media vasitəsilə ictimaiyyətə təqdim etmək, eyni zamanda, dövlət qulluqçuları arasında fikir mübadiləsi aparmaqla həmin nəticələrin təbliğ olunmasıdır.
Litvalı ekspertlər tərəfindən keçirilən seminarda 20-dək dövlət qurumunun insan resurslarının idarə olunması şöbələrinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Seminarın birinci hissəsində əsasən Azərbaycanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin gələcək inkişafı barədə təkliflər nəzərdən keçirilib və pilot qurumların irəli sürdüyü təkliflərin nəticələri müzakirə olunub.
İkinci hissədə isə daha çox Azərbaycanda dövlət qulluğu sahəsində mövcud olan proqram təminatının və informasiya bazasının vəziyyəti, eləcə də təkmilləşdirilməsi üzrə təkliflər dinlənilib.
Seminarda, həmçinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə proqram təminatını təkmilləşdirmək məqsədilə vahid “İnsan resurslarının idarə olunması - məlumat sistemi”nin yaradılması təklifi də müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər